Naxçıvanda cüdo yarışının qalibləri bəlli oldu
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.
Crossmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda 96 idmançı iştirak edib.
Nəticələrə əsasən, oğlanlar arasında Əliyev Ayaz (42 kq), İsmayılov Pərvin (46 kq), Məmmədzadə Davud (50 kq), Məmmədov Kamil (55 kq), Əsədli Yusif (60 kq), Qəribov Nihad (66 kq), Şükürlü İsmayıl (73 kq), İbrahimli Ramin (81 kq) və Xasıyev Murad (+81 kq), mütləq çəkidə isə Cəfərli Elvin birinci yeri tutub.
Qızlar arasında Əlizadə Aylin (28 kq), Allahverdiyeva Zəhra (32 kq), Bağırova Ləman (40 kq), Kərimova Nuray (52 kq) və Əliyeva Yasəmən (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Birinciliyin keçirilməsində məqsəd regionda cüdo idman növünün inkişafına dəstək olmaq, istedadlı idmançıları üzə çıxarmaq və onların yarış təcrübəsini artırmaq olub.
21:45 17.10.2026
Oxunuş sayı: 55