Çörək bıçağına görə arvadını döydü
Ağcabədidə 36 yaşlı kişi həyat yoldaşını taxta parçası ilə vuraraq xəsarət yetirib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Məlumata görə, Arif Mustafayev (şərti ad) evlərinin həyətində həyat yoldaşının çörək kəsdikləri bıçağı tualetin yaxınlığında, mişar daşının üzərinə qoymasına görə onunla mübahisə edib.
Kişi ifadəsində qadına bıçağı götürməsini dedikdə onun kobud cavab verdiyini bildirib. Bundan sonra əsəbiləşərək taxta parçası ilə qadının qoluna zərbə endirib.
Zərərçəkənin şikayəti əsasında saxlanılan şəxslə bağlı cinayət işi başlanıb. Üç uşaq atası olan Mustafayev ifadəsində dəymiş zərəri ödədiyini və həyat yoldaşı ilə barışdığını deyib. Qadın da ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Mustafayev məsuliyyətdən azad olunub.(Lent.az)
18:38 17.10.2026
Oxunuş sayı: 164