Netanyahu: İranın nüvə silahına yalnız mən mane ola bilərəm
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasının qarşısını almaq məsələsini qarşıdan gələn seçkilərin əsas mövzularından biri kimi təqdim edib.
Crossmedia.az xəbər verir ki, Netanyahu bu barədə danışarkən məsələnin necə həyata keçiriləcəyindən daha çox, bunu kimin edə biləcəyinin vacib olduğunu bildirib.
“Bunu necə edəcəyim sual deyil, çünki hər şeyi təfərrüatı ilə açıqlaya bilmərəm. Sual budur: bunu kim edəcək? Seçkilərdə əsas məsələ də budur. Bunu edəcək yeganə şəxs mənəm”, – deyə Netanyahu vurğulayıb.
22:22 17.10.2026
Oxunuş sayı: 55