Odessa yaxınlığında hərbi yük daşıyan gəmi vuruldu
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən quru yük gəmisinin Odessa şəhərindən 40 kilometr cənubda, dənizdə dronlarla vurulduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Gazeta.ru” bu barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gəmidə ikili təyinatlı və hərbi yüklər olub.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qoşunların ehtiyat idarəetmə məntəqəsinə baş çəkib və hərbi komandanlığın xüsusi hərbi əməliyyat zonasındakı vəziyyətlə bağlı məruzələrini dinləyib.
Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin nəzarətində Donetsk Xalq Respublikasının ərazisinin 10 faizindən bir qədər çoxu, Zaporojye vilayətinin isə 16,5 faizi qalır.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Dobropollye şəhərinin və Alekseyevo-Drujkovka qəsəbəsinin ələ keçirilməsi, Ukrayna pilotsuz uçuş aparatlarının qarşısının alınması və sənaye obyektlərinə zərbələr endirilməsi barədə məruzə edib.
Putinin sözlərinə görə, Luqansk Xalq Respublikası artıq tamamilə Rusiyanın nəzarətindədir. O, həmçinin Rusiya hərbçilərinin Ukrayna ilə sərhədyanı ərazilərdə təhlükəsizlik zonasının yaradılması vəzifəsini uğurla yerinə yetirdiyini bildirib.
Rusiya prezidenti vurğulayıb ki, təhlükəsizlik zonasının mövcudluğu mümkün sülh danışıqlarında müzakirə mövzusu olmayacaq.
Qeyd edək ki, bundan əvvəl Enerqodarda pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasındakı mənzilə daxil olub.
19:29 17.10.2026
Oxunuş sayı: 54