Yəməndə gərginlik artır: BƏƏ və Səudiyyə Ərəbistanından yeni addım
Birləşmiş Ərəb Əmirliklərinin husilərə qarşı qüvvələrin maliyyələşdirilməsini bərpa etməklə Yəmən münaqişəsinə yenidən qoşulmağa razılıq verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı isə husilərə qarşı qüvvələrə havadan dəstək göstərəcək. Husilərin irəliləyişi Körfəz ölkələrində narahatlığı artırıb.
“The Guardian”ın yazdığına görə, razılaşma Yəmənin cənubunda İranın dəstəklədiyi husilərlə döyüşən hökumətyönlü qüvvələrə aiddir. Söhbət BƏƏ-nin əvvəllər təlim keçdiyi və maliyyələşdirdiyi qüvvələrə dəstəyin bərpasından gedir.
21:32 17.10.2026
Oxunuş sayı: 77