Macarıstan ABŞ-dən Rusiya neftinə tətbiq olunan güzəştin uzadılmasını istəyir
Macarıstan Rusiya neftinin idxalına imkan verən ABŞ sanksiyalarından istisnanın müddətinin uzadılmasına çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.
Hökumət başçısının sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dizel yanacağının ixracı ilə bağlı artıq razılıq əldə edib. Buna görə də Budapeşt üçün güzəştli rejimin saxlanılması məntiqli addım olardı.
Madyar qeyd edib ki, ölkəsi xüsusi statusun müddətinin ən azı daha bir il uzadılmasına nail olmaq istəyir.
Hazırkı icazənin müddəti noyabr ayında başa çatır. Bu icazə Macarıstanı ABŞ-nin Rusiya neftinə dair məhdudiyyətlərindən azad edir.
21:34 17.10.2026
Oxunuş sayı: 58