Azərbaycanla Aİ arasında dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının
hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi,
habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, nəqliyyat,
enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq
məsələləri nəzərdən keçirilib. İki tərəf arasında yüksək səviyyədə təmasların məmnunluq
doğurduğu, dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan
Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan
normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa
İttifaqının sülh prosesinə müxtəlif istiqamətlərdə dəstək verməyə hazır
olduğunu bildirib.
Ceyhun Bayramov, öz növbəsində, Vaşinqton sammiti zamanı əldə
edilmiş tarixi razılıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi
üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat
verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
17:39 28.08.2025
Oxunuş sayı: 760