Azərbaycanda aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlayacaq.
Crossmedia.az xəbər verir ki, bunu Mərkəzin direktoru Rəşad
Hüseynov "Aqroparkların inkişafında yeni mərhələ" mövzusunda keçirilən
tədbirdə "Aqroparklarla işin təşkili
sahəsində yanaşmalar" mövzusunda təqdimatda bildirib.
Mərkəzin aqroparkların fəaliyyətinin təşkilində idarəedici
orqan kimi müəyyən olunduğunu xatırladan ATM direktoru qarşıya qoyulan vəzifələr,
tapşırıqların icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, aqroparkın fəaliyyətinin təşkili, idarə
olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanaraq həyata keçirilməsi,
rezidentlərin qeydiyyata alınması və onlara müvafiq şəhadətnamələrin verilməsi
qaydaları barədə iştirakçıları məlumatlandırıb. R.Hüseynov Mərkəzin
aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyasının hazırlaması ilə
bağlı ATM və aqroparklar arasında sıx əməkdaşlığın qurulacağına əminliyini ifadə
edib.
Prezident İlham Əliyevin imzaladığı 14 aprel 2025-ci
iltarixli fərmana əsasən, aqroparkların yaradılması və fəaliyyətinin tənzimlənməsi
ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə
verilib.
17:13 28.08.2025
Oxunuş sayı: 867