Prezident İlham Əliyevin səsləndirdiyi fikilər Rusiya ictimai-siyasi mühitində sanki 9 ballıq zəlzələ effekti yaradıb - Rəy

"Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi “1920-ci ildə Rusiya ordusu Azərbaycanı işğal edib” fikri Rusiya ictimai-siyasi mühitində sanki 9 ballıq zəlzələ effekti yaradıb".
Bu sözləri Crossmedia.az- a açıqlamasında Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
O bildirib ki, Rusiya mediası, Rusiya teleqram kanalları şokdadırlar, aləm dəyib bir-birinə: "Hələ ötən ay Prezidentin Xankəndində Ukraynalı jurnalist Qordona “Rusiyanın işğalı ilə barışmayın” sözləri Rusiyada aydın səmada göy gurultusu kimi qarşılanmışdı. Artıq görünür ki, Azərbaycan Prezidentinin ardıcıl və açıq mesajları Rusiyanın siyasi və media elitasını ciddi silkələyir.
Amma təəssüf ki, müzakirələrdən göründüyü kimi çoxları hələ də yeni reallıqların – torpaqlarını işğaldan azad etmiş Azərbaycan reallıqlarının, regionda yeni yaranmış reallıqların, eləcə də Rusiya tərəfindən vurulmuş Azərbaycan təyyarəsinin doğurduğu nəticələrin fərqində deyil".
Kənan Novruzov
10:36 28.08.2025
Oxunuş sayı: 1363