Bəzi malların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub

Heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi malların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Mərakeşin Beni Mellal-Henifra, Rabat-Sale-Kenitra regionlarında, Sloveniyanın Qorişka regionunda blutanq xəstəliyi, Misirin Əl Buheyrə vilayətində, İndoneziyanın Açeh, Şərqi Yava, Banka-Belitunq, Banten, Bengkulu, Qərbi Yava, Qorontalo, Cokyakarta, Mərkəzi Yava, Qərbi Kalimantan, Mərkəzi Kalimantan, Şərqi Kalimantan, Riau, Qərbi Sulavesi, Cənubi Sulavesi, Mərkəzi Sulavesi, Cənub-Şərqi Sulavesi, Qərbi Sumatra, Sumatera Utara əyalətlərində dabaq xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Argentinanın Buenos Ayres əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
"Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub", - deyə məlumatda deyilir.
13:00 25.08.2025
Oxunuş sayı: 943