Donald Trampdan Rusiyaya ultimatum: 10 gün vaxt verirəm

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiyaya 10 günlük ultimatum verib. O, əgər Moskva bu müddətdə addım atmasa, əlavə rüsumlar tətbiq edəcəyini bildirib. Tramp həmçinin Qəzzadakı humanitar böhran və NATO-nun məsuliyyəti barədə də danışıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bəyan edib ki, Rusiyaya Ukrayna münaqişəsini tənzimləmək üçün 10 gün vaxt verir, əks halda rüsumlar tətbiq edəcək və bu, Rusiyaya da təsir edə bilər, lakin Putin müharibənin davam etməsini istəyir.
Tramp onu da vurğulayıb ki, mümkün sanksiyalara xammal bazarlarının reaksiyası onu maraqlandırmır. Onun sözlərinə görə, o, Putindən cavab almayıb və bunu biabırçılıq hesab edir.
"ABŞ Ukraynaya 350 milyard dollar verib, Avropa isə cəmi 100 milyard dollar ayırıb və indi Avropa və NATO silah və digər xərcləri ödəməlidirlər", - deyə Donald Tramp əlavə edib.
ABŞ Prezidenti Qəzzadakı vəziyyətə də toxunaraq bildirib ki, orada uşaqlar aclıq çəkir və o, onların ərzaqla təmin olunması üçün tədbir görəcək.
Bənövşə Zahidli
11:02 30.07.2025
Oxunuş sayı: 1106