İran ABŞ-nin yeni məhdudiyyətlərini “teatr tamaşası” adlandırdı
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin iranlı rəsmilərə qarşı tətbiq etdiyi yeni məhdudiyyətləri tənqid edib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Bəqai bildirib ki, Vaşinqton ölkələrin tarixi yaddaşının və tənqidi düşünmə qabiliyyətinin olmadığını düşünür və öz mövqeyini digər dövlətlərə qəbul etdirməyə çalışır.
O, ABŞ-nin İrana qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etməsi ilə iranlı rəsmilərin Birləşmiş Ştatlarda lüks məhsullar və topdansatış mağazalarının üzvlük kartlarından istifadə etməsinə qoyulan məhdudiyyətləri müqayisə edib.
İranlı diplomat bu addımları “teatr xarakterli” tədbirlər adlandıraraq Vaşinqtonu iqtisadi təzyiqlərin İran əhalisinə təsirini nəzərə almamaqda ittiham edib. Bəqai həmçinin ABŞ-nin İrana qarşı siyasətini kəskin şəkildə tənqid edib.
19:55 18.09.2026
Oxunuş sayı: 43