Almaniya iqtisadiyyatı gözləntiləri üstələdi
Almaniya iqtisadiyyatının ilin ilk yarısında gözləniləndən daha güclü nəticə göstərməsi ölkənin gələcək iqtisadi artım proqnozlarının yüksəldilməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Handelsblatt” bu barədə məlumat yayıb. “Handelsblatt Research Institute” (HRI) Almaniyanın real ÜDM artımı ilə bağlı proqnozunu əvvəlki 0,5 və 0,3 faizdən müvafiq olaraq 1,1 və 1,4 faizə yüksəldib.
İqtisadi göstəricilərin yaxşılaşmasında enerji təchizatının sabitliyi də rol oynayıb. Almaniya neft və mayeləşdirilmiş təbii qazı əsasən Norveç və ABŞ-dən aldığı üçün Asiyanın bəzi rəqibləri ilə müqayisədə enerji qıtlığından daha az təsirlənib.
Kimya və əczaçılıq sənayesində də ikinci rübdə nəzərəçarpan yüksəliş qeydə alınıb. Bu sahələrdə istehsal əvvəlki rüblə müqayisədə 2,4 faiz artıb.
Bununla belə, “Handelsblatt” Almaniya iqtisadiyyatında struktur problemlərin hələ də qaldığını və hazırkı canlanmanın davamlılığı ilə bağlı risklərin mövcud olduğunu vurğulayır.
18:18 18.09.2026
Oxunuş sayı: 49