Qazaxıstan yükdaşıyıcıları Türkiyənin dəniz limanlarından istifadə edə biləcək
Qazaxıstan və Türkiyə avtomobil yolu ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi bu barədə məlumat yayıb.
Antalyada keçirilən komissiya iclasında elektron icazə blankları üzrə kəmiyyət məhdudiyyətlərinin ləğvi razılaşdırılıb. Bu, yükdaşıyıcıların tələbatına daha çevik şəkildə uyğunlaşmağa imkan verəcək.
Razılaşmaya əsasən, Qazaxıstan yük maşınlarının Türkiyənin dəniz limanlarında yüklənərək malları Qazaxıstana daşımasına rəsmi icazə veriləcək. Tərəflər bu ildən etibarən belə daşımalar üçün hər il qarşılıqlı olaraq 3 min xüsusi icazə sənədi mübadiləsi aparacaq.
19:14 18.09.2026
Oxunuş sayı: 41