Ermənistan parlamentinin spikeri Simonyan Rusiyanı sabitliyi pozmaqda ittiham etdi

Ermənistan
parlamentinin spikeri Alen Simonyan ölkəyə qarşı hibrid müharibənin başladığını
açıqlayıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Simonyanın
sözlərinə görə, Rusiyanın dəstəyi ilə yayılan məktublar vasitəsilə erməni
bloqerləri ələ alınır, onlara saxta reallıq təqdim edilir və Rusiyanı dəstəkləyən
mövqelər təbliğ olunur.
“Son
məqsəd Ermənistanı Rusiyanı dəstəkləyən oliqarxların əlində ön xəttə çevirməkdir,”
deyə spiker vurğulayıb.
Bu
açıqlama regiondakı gərginlik və sabitliyin pozulması risklərinin artdığı
fonunda verilib.
Nigar
Rəhimova
22:35 29.07.2025
Oxunuş sayı: 1354