Rusiyada buryatlar təhqir olundu

Rusiya
Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov buryatları "geyimli-keçimli artistlər ",
onların məmurlarını isə “başadüşülməz adamlar” adlandıraraq açıq şəkildə təhqir
edib.
Bu,
sadəcə kobudluq deyil, Rusiyada yerli xalqlara qarşı mövcud olan sistemli
münasibətin göstəricisidir. Buryatlar – öz torpaqlarının qədim sakinləridir, zəngin
mədəniyyətə və tarixə malik bir xalqdır. Onlar bu ərazilərdə Moskva
yaranmamışdan əvvəl də yaşayırdılar.
Crossmedia.az
xarici mətbuata istinadən xəbər verir ki, hazırda bu xalqın nümayəndələri kütləvi
şəkildə Ukrayna cəbhəsinə – əsl ölüm bölgəsinə göndərilir. Onların gəncləri
Moskva hakimiyyəti üçün yad olan bir müharibədə həyatlarını itirirlər.
Rusiya
hakimiyyəti imperiyapərəst və şovinist ideologiyanı təşviq edir. Bu yanaşma
buryatlar və digər yerli xalqları sayılmayan, susmağa və ölümə məcbur edilən
insanlar kimi göstərir.
Fetisov
bu siyasətin səsidir – yerli xalqlara hörmət etməyən və onları yalnız siyasi
maraqlar naminə istifadə edən bir sistemin nümayəndəsi.
“Rusiya
ruslar üçündür” şüarı artıq bir fikir deyil, reallığa çevrilib. Bu reallıqda
yerli xalqlar ikinci dərəcəli mövqeyə sıxışdırılır.
Pərvin
Hacıyeva
18:42 29.07.2025
Oxunuş sayı: 1431