Paşinyan növbədənkənar seçkilərə gedə bilər

“Hakim komandanın keçmiş üzvü Hovik Ağazaryan, hələ də bəzi dairələrlə əlaqə saxladığı üçün hakimiyyətin daxili mətbəxindən məlumatlıdır və bildirir ki, Ermənistanın xarici siyasəti ilə bağlı baş verən dəyişikliklər Paşinyan hökumətinin maraqlarına uyğundur ki, növbədənkənar seçkilərə getsinlər”.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
“Hazırda hakimiyyəti bir daha qazanmaq və öz planlarını həyata keçirmək üçün daha böyük bir imkan yaranıb”, - deyə “Vətəndaş Müqaviləsi” partiyasının keçmiş üzvü izah edir.
Nəşr qeyd edir ki, Ağazayana görə, baş verənlərdən başqa digər səbəblər də var ki, onlar növbədənkənar seçkilərə getməyin Paşinyan hakimiyyətinin maraqlarına uyğun olduğunu göstərir.
11:44 29.07.2025
Oxunuş sayı: 1583