Tayvanda Çin hücumuna qarşı hərbi təlimlər başa çatıb

Tayvanın Pindun rayonundakı Hençun təlim bazasında 25 iyul tarixində “114-1/114-2 Atəş Gücünün Birgə Qiymətləndirilməsi” adlı üç günlük hərbi təlimlər başa çatıb.
Crossmedia.az xəbər verir ki, manevrlərin məqsədi ordu bölmələrinin hazır vəziyyətdə olub-olmamasını və Çin Xalq Azadlıq Ordusunun qəfil hücumunun dəf edilməsi taktikasını hərtərəfli yoxlamaq idi.
586-cı zirehli briqadanın şəxsi heyəti və texnikası təlimlərdə iştirak edib.
586-cı briqadanın CM-32, CM-33, CM-34 zirehli maşınları və M60A3 tankları şərti düşmənə atəş açıb, ərazi şəraitindən istifadə edərək onun irəliləyişini yavaşladıb. Təlimlər boyunca artilleriya bölmələri 155 mm haubitsalar və 42 mm minaatanlarla atəş dəstəyi göstərib.
Hərbi aviasiya AH-1W hücum helikopterlərindən istifadə edərək irəliləyən şərti qüvvələrin əsas hissəsini 20 mm top və raket silahları ilə dayandırıb.
11:42 29.07.2025
Oxunuş sayı: 1027