Paşinyan hələ də Katolikosu vəzifədən uzaqlaşdırmaq niyyətindən əl çəkməyib

Ermənistanın baş naziri Nikol Paşinyan Katolikosun iqamətgahına daxil olaraq onu vəzifədən uzaqlaşdırmaq niyyətindən hələ də imtina etməyib. Crossmedia.az bu barədə erməni KİV-lərinə istinadla bildirir ki, Paşinyan komandasına bu prosesin uğursuzluq ehtimalını istisna edən dəqiq və hesablanmış plan əsasında həyata keçirilməli olduğunu bildirib:
“Əgər iqamətgaha daxil olmaq mümkün olarsa, hökumət 100 faiz nəticə əldə etməyə hazır olduğunu qeyd edib.
Qeyd olunur ki, hakimiyyət Paşinyanın Katolikosun istefasına dair planının gec-tez həyata keçiriləcəyinə əmindir. Baş nazir konkret tarix açıqlamasa da, hesab edir ki, Katolikosun istefanı uzatması hökumət üçün daha sərfəlidir”.
Həmçinin erməni mətbuatının iddiasına görə, müxtəlif siyasi qüvvələrin çağırışlarına baxmayaraq, Katolikos nəhayət könüllü şəkildə vəzifəsindən gedəcək.
Fidan Xəlilova
11:32 29.07.2025
Oxunuş sayı: 1104