Harvard Universiteti Trampın tələblərini yerinə yetirməyə razılaşıb

ABŞ-nin nüfuzlu Harvard Universiteti prezident Donald Tramp administrasiyasının tələblərini yerinə yetirməyə razılıq verib. Bu barədə Crossmedia.az “The New York Times” (NYT) qəzetinə istinadla məlumat yayıb.
Məlumata görə, universitet Ağ Evlə yaranmış mübahisənin həlli üçün federal hökumətə birbaşa ödəniş etməyə razılaşıb:
“Harvard rəhbərliyi bu qərarı istəksiz şəkildə qəbul etsə də, konfliktin aradan qaldırılması məqsədilə 500 milyon dollara qədər vəsait ayırmağa hazır olduğunu bildirib”.
Fidan Xəlilova
10:21 29.07.2025
Oxunuş sayı: 1221