Aİ Ukraynaya maliyyə yardımını tamamilə dayandıra bilər

Avropa Komissiyası Ukraynaya maliyyə yardımının tamamilə dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu Frankfurter Allgemeine Zeitung nəşri məlumat yayıb.
Ukrayna Ali Radasının deputatı, ölkənin keçmiş Avropa məsələləri üzrə vitse-premyer naziri İvanna Klimpuş-Tsintsadze nəşrə açıqlamasında xəbərdarlığın Brüsseldən həqiqətən daxil olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, sənəddə qeyd olunub ki, əgər Ukraynada antikorrupsiya qurumları ilə bağlı vəziyyət öz həllini tapmasa, Avropa İttifaqı tərəfindən göstərilən maliyyə yardımı tam şəkildə dondurula bilər.
Avropa Komissiyası məktubunda həmçinin bildirib ki, antikorrupsiya qurumlarında Rusiya təsiri görmür və bu qurumları repressiyaların bəhanəsi kimi qiymətləndirir.
Nicat Rüstəmzadə
09:28 29.07.2025
Oxunuş sayı: 1756