Aİ ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq investisiyanı təmin edə bilməyəcəyini düşünür

Avropa İttifaqı (Aİ) ABŞ iqtisadiyyatına 600 milyard dollar həcmində sərmayənin təmin olunmasının real olmadığını hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, vəsait birbaşa dövlət investisiyalarından deyil, Avropadakı özəl şirkətlərdən gəlməlidir. Lakin Brüssel bu şirkətlərin qərarlarını nəzarətdə saxlaya bilmir.
Bildirilib ki, bu məbləğ biznes nümayəndələri ilə müzakirə olunub və onların investisiya planları araşdırılıb.
Fatimə Məmmədova
00:16 29.07.2025
Oxunuş sayı: 1029