Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırır

Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən geri çağırılıb. Bu qərar onun ölkə rəhbərliyinin bir sıra daxili siyasi addımları ilə razılaşmaması ilə bağlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Spartakyan Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı atdığı addımları açıq şəkildə tənqid edib və bu davranışları “yolverilməz” adlandırıb. O, həmçinin Rusiyada tanınmış iş adamı və Kilsənin tərəfdarı olan Samvel Karapetyanın həbsi ilə bağlı narahatlığını ifadə edib.
Fatimə Məmmədova
23:19 28.07.2025
Oxunuş sayı: 1053