Ərdoğan: Sülh danışıqları yenidən Türkiyədə keçirilə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılmasında fəal rol oynamaq niyyətindədir. O, daha əvvəl İstanbulda keçirilən danışıqları da xatırladıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
“O zaman danışıqlar masası İstanbulda qurulmuşdu, yaxın gələcəkdə sülh masası yenidən Türkiyədə qurulacaq və bu qanlı müharibə başa çatacaq”, deyə o, Nazirlər Kabinetinin iclasından sonra bəyan edib.
Nigar Rəhimova
21:48 28.07.2025
Oxunuş sayı: 1192