Fransa Baş naziri ABŞ-AB anlaşmasını sərt tənqid etdi

Fransa Baş naziri Fransua Bayru Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış yeni ticarət sazişini sərt şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
O, bu razılaşmanı "Donald Tramp qarşısında kapitulyasiya" adlandırıb.
Bayru bəyan edib ki, bu, "azad xalqlar birliyinin itaətə razı olduğu qaranlıq bir gündür". Onun sözlərinə görə, Aİ bu razılaşma ilə öz prinsip və dəyərlərindən geri çəkilərək ABŞ-nin təzyiqinə boyun əyib.
Fransız rəsmiləri sazişin şərtlərindən narazıdır və Avropa Komissiyasını ümumi bazarın imkanlarından istifadə etməməkdə, eləcə də Vaşinqtonun təzyiqlərinə boyun əyməkdə ittiham edirlər.
Xumar Emilqızı
21:34 28.07.2025
Oxunuş sayı: 1137