Tramp: “ABŞ İranın nüvə obyektlərinə yenidən zərbə endirməyə hazırdır”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə obyektlərini bərpa etməyə cəhd edərsə, ABŞ bu obyektlərə yenidən zərbə endirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Trampın sözlərinə görə, Vaşinqton İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və bu istiqamətdə atılacaq hər hansı addıma qarşı sərt cavab verəcək.
Qeyd edək ki, ABŞ daha əvvəl də İranın nüvə proqramı ilə bağlı narahatlığını ifadə edib və bu məsələdə hərbi variantların da masada olduğunu vurğulayıb.
Nigar Rəhimova
20:30 28.07.2025
Oxunuş sayı: 1220