Tailand və Kamboca 24 saat ərzində atəşkəs barədə razılığa gəldi

Tailand
və Kamboca 24 saat ərzində atəşkəs barədə razılığa gəldi.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə
Malayziyanın Baş naziri Anvar İbrahim danışıqlardan sonra keçirilən birgə mətbuat
konfransında məlumat verib. Onun sözlərinə görə, “hər iki ölkə dərhal və qeyd-şərtsiz
atəşkəsə razılaşıb”.
Qeyd
edək ki, iyulun 24-nə keçən gecə Tailandla Kamboca arasındakı mübahisəli sərhəd
bölgəsində hərbiçilər arasında atışma baş verib. Tailand hakimiyyəti insidentə
görə Kambocanı ittiham edib. Daha sonra isə Tailand Hərbi Hava Qüvvələri qonşu
ölkənin ərazisindəki hədəflərə zərbələr endirib.
Fatimə Məmmədova
15:09 28.07.2025
Oxunuş sayı: 863