ABŞ-də İrana qarşı müharibəyə ictimai dəstək azalır
ABŞ-də seçicilərin 60 faizi ölkənin İrana qarşı hərbi əməliyyat keçirməsini yanlış qərar hesab edir.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Sorğuda iştirak edənlərin 71 faizi Donald Tramp administrasiyasının İran müharibəsinə son qoymaq üçün aydın strategiyasının olmadığını bildirib. Respondentlərin 47 faizi isə münaqişənin uzunmüddətli perspektivdə ABŞ-i daha təhlükəsiz deyil, daha təhlükəli vəziyyətə gətirəcəyini düşünür. Sorğu sentyabrın 11–14-də 1 211 qeydiyyatda olan seçici arasında keçirilib və nəticələrin seçmə xətası 3 faiz bəndidir.
20:25 18.09.2026
Oxunuş sayı: 48