Ermənistanda sabiq nazirlərə korrupsiya ittihamı olunur

Ermənistanın
İstintaq Komitəsinin Dövlət Hakimiyyətinə, Konstitusiya Quruluşuna və İctimai Təhlükəsizliyə
qarşı Cinayətlərin İstintaqı üzrə Baş İdarəsində sabiq müdafiə naziri Seyran
Ohanyan, keçmiş ekologiya naziri Artsvik Minasyan və daha dörd nəfər barəsində
başlanmış cinayət işinin istintaqı başa çatıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə erməni mediası
məlumat yayıb.
Belə
ki, iş üzrə ittihamlar vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma,
çirkli pulların yuyulması və gəlir bəyannaməsində göstərilməli olan məlumatları
gizlətmə maddələrini əhatə edir. Cinayət işinin materialları prokurorluğa göndərilib.
Seyran
Ohanyan 2010–2015-ci illərdə müdafiə naziri olduğu dövrdə Draxdik icmasında
10,5 min kvadratmetr torpaq sahəsini qanunsuz mənimsəməkdə ittiham olunur.
Artsvik
Minasyana qarşı isə istintaq onun ekologiya naziri vəzifəsində çalışdığı müddətdə
tikintinin qeyri-qanuni olmasına baxmayaraq bu barədə məlumat vermədiyini
bildirir.
Qeyd
edək ki, həmin villa təkcə qanuniləşdirilməyib, həm də ictimai istifadəyə
keçidi nəzərdə tutan investisiya proqramına daxil edilib.
Fatimə
Məmmədova
15:07 28.07.2025
Oxunuş sayı: 893