Tailandda bazarda atışma: 6 ölü, 1 yaralı

Tailandın
paytaxtı Banqkokda yerləşən Or-Tor-Kor bazarında silahlı insident baş
verib. Belə ki, atışma nəticəsində azı 6
nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə Al Arabiya nəşri məlumat yayıb.
Hadisə
şəhərin məşhur Çatuçak turizm bölgəsinə yaxın ərazidə qeydə alınıb.
Qeyd
edək ki, ölənlər arasında 4 mühafizəçi də var.
Banq-Su
rayonunun polis rəisinin müavini bildirib ki, hazırda hadisənin motivləri
araşdırılır: “Bu, kütləvi atışma hadisəsidir. Araşdırma gedir”.
İlkin
məlumatlara görə, atəşi açan şəxs hadisə yerində intihar edib. Onun şəxsiyyəti
müəyyənləşdirilir.
Fatimə Məmmədova
14:33 28.07.2025
Oxunuş sayı: 871