Rusiyada 40-dan çox reys ləğv edilib – minlərlə sərnişin hava limanlarında qalıb

Rusiyanın
bir sıra şəhərlərində “Aeroflot” aviaşirkətinə məxsus 40-dan çox aviareys ləğv
edilib.
Crossmedia.az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata
görə, Moskvanın hava limanlarından Həştərxan, Yekaterinburq, İrəvan, Kazan,
Kalininqrad, Krasnoyarsk, Mahaçqala, Minsk, Murmansk, Samara, Soçi,
Sankt-Peterburq və digər şəhərlərə uçuşlar baş tutmayıb.
Aviaşirkət
rəhbərliyi reyslərin ləğvinin kiberhücumla əlaqəsi olub-olmadığı barədə məlumat
verməyib.
Eyni
zamanda, Sibirin müxtəlif hava limanlarında 1 000-dən çox sərnişin yolda qalıb.
Gorno-Altaysk, Kemerovo, Novosibirsk, Omsk və Tomsk şəhərlərindən olan reyslərin
gecikməsi səbəbindən insanlar uçuşlarını gözləmək məcburiyyətində qalıblar.
Problemə nə səbəb olduğu hələlik açıqlanmayıb.
Qeyd
edək ki, daha əvvəl “Aeroflot”un informasiya sistemlərində texniki nasazlıq
yarandığı və bu səbəbdən uçuş cədvəllərində məcburi dəyişikliklərin ediləcəyi
bildirilib.
Fatimə
Məmmədova
13:39 28.07.2025
Oxunuş sayı: 1056