Rusiyada azərbaycanlı blogerə qarşı 20 milyon rubl məbləğində vergidən yayınma ittihamı irəli sürülüb

Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov) qarşı qiyabi olaraq 20 milyon rubl (cari məzənnə ilə 252,2 min dollar) məbləğində vergi ödəməkdən yayınma və pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürüblər.
Crossmedia.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.
"Moskva
vilayəti üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin istintaq
orqanları tərəfindən bloger Sübhan Məmmədova qarşı qiyabi olaraq ittiham irəli
sürülüb. O, xüsusilə iri məbləğdə vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bundan əlavə,
yuxarıda sadalanan cinayətlərin törədilməsində ittihamlar daha əvvəl onun
qardaşı və atasına qarşı da irəli sürülüb", - məlumatda bildirilib.
11:06 28.07.2025
Oxunuş sayı: 2396