Rubio: "Kamboca və Tayland tezliklə atəşkəs əldə etmək üçün Malayziyada yüksək səviyyəli danışıqlara başlamalıdır"

ABŞ dövlət katibi Marko Rubio sosial mediada Kamboca və Tailand arasında yüksək səviyyəli atəşkəs danışıqlarının tezliklə Malayziyada başlayacağını bildirib.
Crossmedia.az xəbə verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio öz sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə ABŞ Dövlət Departamentinin rəsmiləri danışıqlar üçün artıq
Malayziyadadırlar.
Qeyd edək ki, bundan
əvvəl ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca tərəfləri ilə telefon
danışığından sonra ölkələrin atəşkəsi müzakirə etmək üçün görüş keçirməyə hazır
olduqlarını bildirmişdi.
09:53 28.07.2025
Oxunuş sayı: 990