ABŞ Prezidenti Donald Trampdan Qəzza ilə bağlı qalmaqallı açıqlamalar

ABŞ-nin prezidenti Donald Tramp Qəzza zolağında humanitar vəziyyətlə bağlı açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
O, Fələstinə edilən yardımlarla bağlı sərt və tənqidi fikirlər səsləndirib:
“Mən Qəzzada aclıq olduğunu düşünmürəm”.
“HƏMAS beynəlxalq yardımları oğurlayır”.
“Biz Qəzzaya 60 milyon dollar yardım etdik, amma heç kim təşəkkür etmədi”.
“Əgər bu yardımı biz etməsəydik, insanlar aclıqdan ölərdi".
Trampın bu sözləri sosial şəbəkələrdə və beynəlxalq mediada ciddi müzakirələrə səbəb olub. Humanitar təşkilatlar isə Qəzzada ərzaq çatışmazlığının və aclığın mövcud olduğunu dəfələrlə bildirmişdilər.
Xumar Emilqızı
21:58 27.07.2025
Oxunuş sayı: 770