Ukrayna Silahlı Qüvvələri Pokrovsk şəhərinə daxil olan bütün rus hücum qruplarını məhv edib

İki
gün əvvəl Rusiya birləşmələri şəhərin cənub hissəsinə, xüsusilə Şaxtarsk
rayonuna daxil olaraq onlarla mülki evin yerləşdiyi geniş bir ərazini ələ
keçirmişdi. Onlar bir neçə mülki şəxsi girov götürmüş və nəzarət etdikləri
zonalarda Ukrayna əsgərlərinə qarşı pusqular qurmuşdular.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat daxil olduqdan dərhal sonra Ukrayna qüvvələri əks tədbirlərə başlayıb. Xüsusi Təyinatlı Qüvvələr əraziyə göndərilərək şəhərin cənub hissəsində təmizləmə əməliyyatlarına start verib.
Əməliyyat
zamanı 30–50 arası Rusiya xüsusi təyinatlısı zərərsizləşdirilib — onların əksəriyyəti
məhv edilib. Bəziləri mülki geyimdə qaçmağa cəhd göstərsə də, tanınıb və onlar
da aradan qaldırılıb.
Qeyd
edək ki, Hazırda Pokrovsk şəhəri tam olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir
və ərazidə Rusiya hərbçiləri qalmayıb.
18:55 27.07.2025
Oxunuş sayı: 841