Avstriyanın XİN rəhbəri neytrallığa son qoymağı və NATO-ya qoşulmağı müzakirə etməyə hazırdır

Avstriyanın
xarici işlər naziri Beate Maynl-Rayzinger ölkəsinin təhlükəsizlik siyasətinin gələcəyi
ilə bağlı ictimai müzakirələrə açıq olduğunu bildirərək, Vyananın NATO-ya
üzvlüyü ilə bağlı müzakirələrin çox səmərəli ola biləcəyini qeyd edib.
Crossmedia.az
xəbər verir ki, bu barədə xanım diplomat “Welt am Sonntag” qəzetinə müsahibəsində
bildirib.
Onun
sözlərinə görə, təkcə neytrallıq Avstriyanı qoruya bilməz: “Təhlükəsizlik vəziyyəti
getdikcə qeyri-müəyyənləşir və Rusiya daha aqressivləşir. Avstriya həm müdafiə,
həm də tərəfdaşlıq sahəsində investisiyalarla qorunur. Mən ölkənin təhlükəsizlik
və müdafiə siyasətinin gələcəyi ilə bağlı ictimai müzakirəyə tamamilə açığam”.
O, həmçinin
qeyd edib ki, hazırda parlamentdə və ya əhali arasında NATO-ya üzvlüyün lehinə
çoxluq olmasa da, buna baxmayaraq, belə bir müzakirə çox səmərəli ola bilər:
“Mən
NATO-ya zəfərlə qoşulmaq istəməmişəm. Amma biz oturub deyə bilmərik: biz heç
kimi incitməsək, heç kim bizi incitməyəcək. Bu sadəlövhlük olar. Bununla belə,
mən bunu açıq şəkildə bildirmək istərdim: Avropa İttifaqında artıq fövqəladə vəziyyətdə
bizi qoruyacaq tərəfdaşımız var. Eyni zamanda, biz Avropanın təhlükəsizliyinə
mühüm töhfə veririk. Avstriya qoşunları Aİ-nin çoxsaylı sülhməramlı
missiyalarında iştirak edir. Bu baxımdan Avstriyanın neytrallığı 1995-ci ildə
Aİ-yə daxil olduqdan sonra artıq xeyli dəyişib”.
17:10 27.07.2025
Oxunuş sayı: 734