Böyük Britaniyada anti-miqrant paylaşımları izləmək üçün xüsusi polis bölməsi yaradılır

Böyük
Britaniyada sosial şəbəkələrdəki anti-miqrant paylaşımları izləmək məqsədilə
xüsusi polis bölməsi yaradılır.
Crossmedia.az
“Independent”ə istinadla xəbər verir ki, bu məqsədlə Milli Polis Əlaqələndirmə
Mərkəzinin (NPoCC) nəzdində fəaliyyət göstərəcək Milli İnternet Kəşfiyyatı
İstintaq Qrupu formalaşdırılır. Qrup Vestminsterdə yerləşəcək və İngiltərə ilə
Uelsin müxtəlif bölgələrindən cəlb olunmuş təcrübəli polis əməkdaşlarından ibarət
olacaq.
Yeni
yaradılan bölmənin vəzifəsi sosial şəbəkələrdə mümkün vətəndaş
qarşıdurmalarının ilkin əlamətlərini vaxtında müəyyən etmək və sosial media üzərindən
toplanan məlumatları maksimum səviyyədə dəyərləndirmək olacaq. Bu addım ötən il
baş verən iğtişaşların polis planlamasında mövcud boşluqları üzə çıxarmasından
sonra atılıb.
Daxili
İşlər Nazirliyi bildirib ki, bu addım yerli polis rəhbərlərinə onlayn təhdidlərə
qarşı daha effektiv reaksiya vermək üçün milli səviyyədə dəstək verəcək.
Qeyd
edək ki, son günlərdə ölkənin müxtəlif şəhərlərində sığınacaq axtaranların yerləşdirildiyi
mehmanxanalar qarşısında etiraz aksiyaları təşkil olunur. Norviç, Lids və
Bornmut şəhərlərində keçirilən aksiyalarda miqrasiya siyasətində dəyişikliklər
tələb edilib. Yeni etirazların da keçiriləcəyi gözlənilir.
12:58 27.07.2025
Oxunuş sayı: 829