Türkiyə "GAZAP"la güc nümayiş etdirdi

Türkiyənin hərbi arsenalına əlavə edilən yeni nəsil aviasiya bombası – Mk.84 GAZAP ilk dəfə rəsmi olaraq nümayiş etdirilib. Təlim poliqonunda baş verən sarsıdıcı partlayışla gündəmə gələn bu bomba 907 kiloqram ağırlığında olub, termobarik xarakter daşıyır.
"GAZAP" sadəcə bir tonluq metal kütləsi deyil. Bu silah partlayış zamanı yaranan od şəlaləsi ilə yüzlərlə metrlik ərazidəki canlı qüvvəni məhv edir. Onun təsir gücü təkcə binaları deyil, hava molekullarını da parçalayaraq sığınacaqlarda və yeraltı otaqlarda oksigeni sorur, hər şeyi yoxluğa çevirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi yeni bombanı strateji üstünlük vasitəsi kimi təqdim edir. Mütəxəssislər "GAZAP"ın adi bombaların qarşısında nəhəng bir güc nümayişi olduğunu bildirir. Bu silah dəqiq hədəflərdən çox psixoloji üstünlük və regional balansın dəyişdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, “GAZAP” türk dilində “qəzəb” mənasını verir. Silahın adına baxaraq onun hansı məqsədlə hazırlandığını anlamaq çətin deyil.
Nicat Rüstəmzadə
09:28 27.07.2025
Oxunuş sayı: 2469