Zelenski: “Rusiyaya elə təzyiq göstərilməlidir ki, gələn il müharibə bitsin”

Ukrayna
Prezidenti Volodimir Zelenski axşam müraciətində Rusiyaya qarşı təzyiqlərin
artırılmasının vacibliyini vurğulayıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıbş
“Hazırda
elə bir andayıq ki, Rusiya üzərinə elə təzyiq göstərilməlidir ki, artıq gələn
il müharibə olmasın”, - Zelenski bildirib.
O, həmçinin
qeyd edib ki, Rusiya sadəcə dözərək bu vəziyyətdən çıxa bilməyəcək:
“Sanksiyalar Rusiyanın potensialını həqiqətən əlindən almalıdır. Biz məhz bunun
üçün çalışırıq”.
Nigar Rəhimova
23:55 26.07.2025
Oxunuş sayı: 1323