Putinin Yaxın Şərqdəki planı iflasa uğrayıb - KİV

Rusiya
Prezidenti Vladimir Putinin Yaxın Şərqdə nüfuz qazanmaq strategiyası
uğursuzluğa düçar olub.
Crossmedia.az
“Foreign Affairs” nəşrinə istinadən yazır ki, bu barədə Amerikalı diplomat Maykl Məkfol bildirib.
O
qeyd edib ki, Putin Suriyaya müdaxilə etməklə regionda güc nümayiş etdirmək,
beynəlxalq nüfuzunu artırmaq istəyirdi: “Lakin Ukraynaya qarşı başladığı
müharibə bu planları alt-üst edib”.
Bildirlib
ki, Rusiya Suriyada hərbi bazalar quraraq və Bəşər Əsəd rejimini dəstəkləyərək
regional oyunçuya çevrilmək istəsə də, son illərdə bu təsirini sürətlə itirib.
Xüsusilə Ukrayna müharibəsi ilə bağlı resursların tükənməsi, Rusiya ordusunun zəifləməsi
və iqtisadi vəziyyətin ağırlaşması səbəbindən Moskva artıq həm Suriyada, həm də
Yaxın Şərqin digər bölgələrində əvvəlki rolunu oynaya bilmir.
Məlumata
görə, bu uğursuzluq Putinin beynəlxalq siyasətdə “alternativ güc mərkəzi”
yaratmaq cəhdlərinin simvolik sonudur. Rusiya artıq nə Suriyada liderlik edə, nə
də İran və digər müttəfiqlərinə real dəstək göstərə bilir. Müəllif bu vəziyyəti
SSRİ-nin Əfqanıstanda üzləşdiyi uğursuzluqla müqayisə edir və qeyd edir ki,
Rusiya Yaxın Şərqdə mövqeyini böyük ölçüdə itirib.
Məqalə
Putinin “böyük güc” obrazının, əslində, blef olduğunu və Ukraynada yaşananların
bunun ifşasına səbəb olduğunu vurğulayır.
Nigar
Rəhimova
00:30 27.07.2025
Oxunuş sayı: 1059