Suriya və İsrail nümayəndələrinin iştirakı ilə Parisdə görüş keçirilib

Suriya
Xarici İşlər Nazirliyi və Baş Kəşfiyyat İdarəsinin nümayəndələrindən ibarət heyət
ABŞ vasitəçiliyi ilə Parisdə İsrail tərəfi ilə görüş keçirib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Ekhbariya TV məlumat
yayıb.
Mənbənin
sözlərinə görə, görüşdə Suriyanın cənubundakı təhlükəsizlik sahəsində son hadisələr
və gərginliyin qarşısının alınması istiqamətində səylər müzakirə olunub, lakin
heç bir yekun razılıq əldə edilməyib.
Suriya
nümayəndə heyəti ölkə ərazisində hər hansı “qanunsuz” xarici mövcudluğu və ölkənin
parçalanması planlarında Suriya cəmiyyətinin müəyyən təbəqələrinin istifadə
edilməsinə qarşı çıxıb.
Mənbə
həmçinin bildirib ki, tərəflər yaxın gələcəkdə yeni görüşlər keçirilməsi barədə
razılığa gəliblər ki, müzakirələr davam etdirilsin və Suriyanın cənubunda
sabitliyin qorunmasına yönələn addımlar qiymətləndirilsin.
Nigar
Rəhimova
21:24 26.07.2025
Oxunuş sayı: 905