ABŞ və müttəfiqləri Gürcüstanda genişmiqyaslı hərbi təlimlərə başlayıb

Gürcüstanda
ABŞ və onun müttəfiqlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb.
Təlimlər 26 iyulda başlayib və 6 avqusta qədər davam edəcək.
Crossmedia.az
xəbər verir ki, təlimlərin ilk mərhələsi 21 iyulda Türkiyədə başlayıb. Burada
ABŞ və Türkiyə hərbçiləri havadan kütləvi desant əməliyyatı həyata keçiriblər.
Gürcüstan mərhələsində isə bu ölkə ilə yanaşı, ABŞ, Türkiyə, Polşa, Almaniya,
İtaliya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva, eləcə də Ukrayna
və Moldova hərbçiləri iştirak edir.
Təlimləri
müşahidə etmək üçün Ermənistandan və Yaponiyadan ordu və qərargah nümayəndələri
də Gürcüstana gəlib.
Gürcüstan
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərin əsas elementlərindən
biri Senaki hərbi bazasından Tbilisi yaxınlığındakı Vaziani bazasına qədər hərbi
kolonların müşayiətinin praktiki məşqidir.
Qeyd
edək ki, Senaki bazası 2008-ci ilin avqustunda Gürcüstanda baş verən beşgünlük
müharibə zamanı Rusiya və Abxaziya qüvvələri tərəfindən ələ keçirilmişdi.
Nigar
Rəhimova
20:59 26.07.2025
Oxunuş sayı: 1464