Ermənistan Müdafiə Nazirliyinin polkovnik-leytenantı qəzaya düşüb

Bu
gün, iyulun 26-da Ermənistanın Araqatsotn vilayətində avtomobil qəzası baş
verib.
Crossmedia.az xəbər verir ki, saat 10:20 radələrində Armavir-Araqats-Gümrü H17 avtomobil yolunun 27-ci kilometrliyində “Mitsubishi” və “Ford Fusion” markalı avtomobillər toqquşub.
Məlumata görə, toqquşmadan sonra “Mitsubishi” hərəkət zolağından çıxaraq qayalara çırpılıb və dərəyə yuvarlanıb. Qəza nəticəsində 3 nəfər yaralanıb və “Talin” tibb mərkəzinə yerləşdirilib. Yaralılardan biri Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenantdır.
12:53 26.07.2025
Oxunuş sayı: 792