Çin Yaponiyaya tarixi ilə bağlı mühüm çağırış etdi
Çin Yaponiya hökumətini təcavüz tarixini dərindən nəzərdən keçirməyə və Asiyadakı qonşularının etimadını konkret addımlarla qazanmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “Sinxua” bu barədə məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciaqın bildirib ki, təcavüz cinayətlərinin inkar edilməsi tarixi nəticələrə və müharibədən sonrakı beynəlxalq nizama meydan oxumaq deməkdir.
Onun sözlərinə görə, region ölkələri, o cümlədən Çin, Yapon militarizminin yenidən güclənməsinə imkan verməmək və tarixi faciələrin təkrarlanmasının qarşısını almaq üçün ayıq-sayıq olmalıdır.
Çinin bu açıqlaması 1931-ci il sentyabrın 18-də baş vermiş Mukden hadisəsinin 95-ci ildönümünə təsadüf edib. Çin tərəfinə görə, həmin hadisə Yaponiyanın Çinə qarşı 14 il davam edən işğalının başlanğıcı olub.
21:07 18.09.2026
Oxunuş sayı: 50