Netanyahu: "Girovların azadlığı üçün yeni yollar axtarırıq"

İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ABŞ-la birlikdə Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad olunmasını təmin etmək məqsədilə “alternativ variantlar” üzərində düşünür. Bu barədə o, yeni mübadilə razılaşması üzrə danışıqların gedişatını şərh edərkən danışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Netanyahu həmçinin ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffun qiymətləndirməsini dəstəklədiyini bildirib. Vitkoff daha əvvəl ABŞ-nin Doha danışıqlarından vasitəçilərini geri çəkməsini radikal qrupların Qəzzada atəşkəs istəmədiyini açıq şəkildə nümayiş etdirməsi ilə əsaslandırmışdı.
“Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff haqlıdır. Girovların azad olunmasına əsas maneə HƏMAS-dır"- deyə Netanyahu X sosial şəbəkəsində paylaşımında qeyd edib.
Nigar Rəhimova
19:21 25.07.2025
Oxunuş sayı: 1138