Türkiyə Hərbi Hava Qüvvələri 2028–2029-cu illərdə KAAN qırıcılarını təhvil alacaq

Türkiyənin 5-ci nəsil yerli döyüş təyyarəsi KAANın ilk tədarükləri 2028–2029-cu illərdə Türkiyə Hərbi Hava Qüvvələrinə təqdim ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiye Gazetesi məlumat yayıb. TUSAŞ şirkətinin baş direktoru Mehmet Dəmiroğlunun sözlərinə görə, hazırda üç prototip uçuşa hazır vəziyyətdə hazırlanır, bir stasionar təyyarə də daxil olmaqla ümumilikdə dörd təyyarə üzərində iş aparılır. Daha sonra üç prototip də əlavə ediləcək.
“KAAN təkcə bizim deyil, bütün Türkiyənin qürurudur. Belə bir 5-ci nəsil təyyarəni hazırda yalnız dörd ölkə istehsal edir. İlk prototip 2026-cı ilin aprelində, ikinci isə ondan üç ay sonra havaya qalxacaq. Üç prototipin hamısının 2026-cı ilin sonunadək uçuş etməsi planlaşdırılır”, deyə Dəmiroğlu bildirib.
O qeyd edib ki, hazırda əsas diqqət müxtəlif imitasiya testlərinə yönəlib və intensiv sınaqlar davam etdirilir.
Nigar Rəhimova
15:54 25.07.2025
Oxunuş sayı: 998