İran və "Avropa üçlü"sü İstanbulda nüvə proqramını müzakirə edir

İran və Avropanın üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya – İranın nüvə proqramı ilə bağlı İstanbulda görüş keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Müzakirələrdə İranı xarici işlər nazirinin müavinləri Məcidi Təxt-Rəvənçi və Kazım Qaribabadi təmsil edirlər.
Qeyd olunur ki, Tehran 2015-ci ildə imzalanmış sazişin Avropa tərəfdaşlarının tələbi ilə danışıqların yeni raunduna razılıq verib.
Xumar Emilqızı
13:53 25.07.2025
Oxunuş sayı: 754