ABŞ səfirindən Makrona istehzalı cavab: “Frank-an-Stin dövləti Lazur sahilində qurulsun”

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi Fransa Prezidenti Emmanuel Makronun Parisin sentyabrda Fələstin dövlətini tanımaq niyyətində olduğu barədə bəyanatını ələ salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Necə ağıllıdır! Əgər Makron sadəcə bir dövlətin mövcudluğunu "elan edə" bilirsə, bəlkə Böyük Britaniya da Fransanı Britaniya müstəmləkəsi "elan edə" bilər", - M.Hakabi yazıb.
Səfir digər paylaşımında qeyd edir: "Makronun Fələstin dövləti haqqında birtərəfli "bəyanatında" onun harada olacağı deyilməyib. İndi mən eksklüziv olaraq bildirə bilərəm ki, Fransa Lazur sahilini təklif edəcək və yeni dövlət "Frank-an-Stin" adlanacaq".
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətinin müstəqilliyini rəsmən tanımaq niyyətində olduğunu elan edib.
13:15 25.07.2025
Oxunuş sayı: 990