Zelenskinin ən yaxın silahdaşının kim olduğu açıqlanıb

Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun administrasiya rəhbəri Andrey Yermak bəzən eyni bünkerdə qalır və yanaşı yatırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “İnsayder UA” nəşri yazıb.
Belə ki , uzun iş günündən sonra onlar stolüstü tennis oynayır və klassik filmlərə baxaraq dincəlirlər.
Nəşrdə qeyd olunub ki, onların münasibətləri sırf işgüzar xarakter daşımır. Prezidentin komandası Yermakı Zelenskinin ən yaxın silahdaşı və güvəndiyi şəxs kimi xarakterizə edir.
Fatimə Məmmədova
03:37 25.07.2025
Oxunuş sayı: 1132