Türkiyə və Böyük Britaniya “Tayfun” qırıcıları ilə bağlı memorandum imzalayıb

Türkiyə və Böyük Britaniya arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, Türkiyəyə “Tayfun” (Eurofighter Typhoon) adlı Avropa istehsalı qırıcı təyyarələrdən istifadə hüququ verilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Bundan əlavə, Almaniya Türkiyəyə 40 ədəd Eurofighter qırıcısının satışını ilkin mərhələdə təsdiqləyib. Hərbi ekspertlər bu qərarı Türkiyənin hava qüvvələrinin modernləşdirilməsi baxımından strateji addım kimi qiymətləndirirlər.
Nigar Rəhimova
21:33 23.07.2025
Oxunuş sayı: 1004